“Kamufulyaj örtük”lü 7-ci nəsil BMW-nin buraxılışına başlanıldı – FOTOLAR

“Kamufulyaj örtük”lü 7-ci nəsil BMW-nin buraxılışına başlanıldı – FOTOLAR

Bavariya markası hesab olunan BMW yeni X7 modelinin istehsalına başlayır.

Yeni model haqqında mətbuatda əlavə heç bir informasiya dərc edilməsə də ABŞ-da istehsal olunacaq bu avtomobillər zavodun istehsal proseslərini yoxlamaq məqsədi daşıyır.

Bütün buraxılan avtomobillər “kamufulyaj örtük”lü olacaq. Kompaniya “BMW X7”-nin cəmi bir neçə “çılpaq” şəklini də dərc edib.
“BMW X7”-nin ilk partiyasını istehsal edən Şimali Amerikadakı “BMW X7” Group Konsernin nümayəndələri bildiriblər ki, bu çox özünəməxsus avtomobildir və bizim əməkdaşlar onu səbrsizliklə gözləyir. “BMW X7” ilə birlikdə, ümumi halda “BMW X”–in daha beş modeli Spatanburqdan Yer kürəsinin hər bir guşəsinə ixrac ediləcək.
Əvvəllər deyildiyi kimi gələcək “BMW X7” bazara çıxan kimi “Range Rover” və “Mercedes GLS-Class” kimi modellərlə rəqabət aparacaq.(Moderator.az)






Fikirlər