ZİYA BÜNYADOV prospekti BAĞLANIR

Ziya Bünyadov prospekti bağlanır

Bu gün Ziya Bünyadov prospektində hərəkət yenidən məhdudlaşdırılacaq. 

“AzerTaym.azxəbər verir ki, bu barədə AAYDA və BNA birgə məlumat yayıb.

Bildirilib ki, prospektin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq mayın 3-də axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olankörpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Prospekt bağlı olmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.






Fikirlər