Avtomobil nəhəngindən Rusiyaya şok!
Yaponiyanın “Mitsubişi” şirkətinin yük maşını bölməsi olan “Fuso” Rusiya ərazisində öz avtomobillərinin buraxılışını müvəqqəti olaraq dayandırıb.
"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
“Yenidən istehsal perspektivləri hələ bəlli deyil. Biz Rusiyadan getməyəcəyik, işdən çıxarılanlar da olmayacaq. Hadisələrin inkişafını izləyəcəyik”, - şirkətdən bildirilib.
“Mitsubişi” bu qərarını Rusiyadakı iqtisadi vəziyyətlə əlaqələndirib.