Piyada keçidlərində sarı işıq lampaları quraşdırılır - FOTOLAR
Bakı Nəqliyyat Agentliyi Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. “AzerTaym.az" bildirir ki, agentlik tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı rəngli işıq lampalarının quraşdırılması işlərinə start verilib. Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir. İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.