BAKIDA AGIR qəzada avtobus sürücüsü əsl qəhrəmanlıq edibmiş — VİDEO
Sürücü peşəkarlıq göstərərək dayanacaqda dayanan sərnişinləri vurmayıb; onlarla insan ölə bilərdi Bakıda iki gün əvvəl baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumat yaılıb. AzerTaym.az xəbər verir ki, Avtosfer.az-a daxil olan məlumata görə, Aeroport yolunda «Toyota Prado», «Chevrolet», «Daevoo», «VAZ» və 160 nömrəli sərnişin avtobusun toqquşması nəticəsində daha ağır fəsadlar ola bilərmiş. Lakin «Daevoo» markalı, 10 TG 253 dövlət nömrə nişanlı avtobusun sürücüsü peşəkarlıq göstərərək insan tələfatının qarşısını alıb. Məlumata görə, avtobusa arxadan çırpılan minik avtomobili qarşı yola çıxıb. Avtobus isə piyada keçidinin yanındakı dayanacağa çatarkən aldığı güclü zərbədən idarəetmədən çıxaraq aşma təhlükəsi ilə üzləşib. Bu zaman dayanacaqda 25-ə yaxın sərnişin də olub. Avtobus yoldan çıxaraq dayanacağa istiqamət götürsə də, sürücü ayıq-sayıq tərpənərək sükanı kənara çəkə bilib. Nəticədə avtobus piyada keçidinə dəyib, sonra isə beton dirəyə çırpılaraq dayanıb. Şahidlərin verdiyi məlumata görə, avtobus sürücüsü özünü itirmiş olsaydı və avtobus gəldiyi sürətlə dayanaca girsəydi ən azı onlarla insan həlak ola bilərdi. Qeyd edək ki, qəza zamanı xəsarət alan 21 nəfərin əksəriyyəti evə