Azadlıq prospektinin bir hissəsi BAGLANACAQ
Dekabrın 13-də səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə AzerTaym.az “Azəravtoyol”ASC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, məhdudiyyət asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır.
Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.