McDonald`s-da yeməkdən qurdlar çıxdı - VİDEO - FOTO

"Hamburgeri yeməyə başlayanda onun içindən qurd çıxdı. Şirkətə şikayət etdim, cavab olaraq mənə 10 dollarlıq hədiyyə kartı yolladılar", - müştəri deyib.

ABŞ-ın Kentukki ştatında iki şəxs McDonald`s fast-fud şəbəkəsinin restoranlarında aldıqları yeməkdən qurdların çıxdığını deyiblər.

Publika. az WPSD Local6-ya istinadən bildirir ki, Meyfild şəhərinin sakini Medison Stivensin dediyinə görə, yerli McDonald`s restoranına yollanaraq özü və bir yaşlı oğlu üçün hamburger alıb. 

Leysi Co Lovett isə Meyfild şəhərindən 40 km aralıdakı Draffenvil şəhərindəki McDonald`s restoranında burger alıb və yeməyin içindən qurdlar çıxıb.

McDonald`s-ın mətbuat katibi Maykl Lav insidentlərlə bağlı deyib: "Bu hadisələri araşdırırıq. Problemləri həll etmək üçün müvafiq addımlar atılacaq".

 

 

 

 * Fotoları təqdim edirik

 






Fikirlər