Qrip və soyuqdəymədən əziyyət çəkirsiniz? - Bu 10 QİDAnı tanıyın
Qrip və soyuqdəymənin artdığı bir mövsümdə immumitetin zəifləməməsi və virusa yoluxmamaq üçün tədbir almaq mümkündür. Payız aylarında orqanizmin xəstəliklərlə müqavimətini artıran və viruslara qarşı qalxan rolunu oynayan qidaların siyahısını təqdim edir: Təzə qoz
Omeqa 3 və zülal yağı ilə zəngin olan qoz balıq yeməyənlər və vegeterianlar üçün mükəmməl seçim ola bilər. Gün ərzində 3, 4 ədəd qoz yemək özünüzü daha qüvvətli hiss etmənizə səbəb olacaq. İspanaq C və E vitaminlərinin zəngin olduğu ispanaq orqanizmə lazım olan bütün antioksidant maddələrinin birləşməsindən əmələ gəlib. Ürək-damar sisteminə, qəbzliyə, diabetə və bir çox xəstəliyə qarşı dərman effekti verən bu bitki kalorisi yüksək tərəvəzlər siyahısındadır. Boranı Payızın ən şəfalı bitkilərindən sayılan boranı immuniteti gücləndirir, göz xəstəliklərinə qarşı müqaviməti artırır və xərçəngin yaranmasına qarşı bədəni müdafiə edir. Qeyd edək ki, boranı C vitamini ilə zəngindir. Brokkoli
Kələmçiçəyikimilər fəsiləsinə aid olan brokkolinin vətəni İngiltərə, İspaniya və İtaliyadır. Qida lifləri, kalium, kalsium C, B1, B2, B5, B6 vitaminləri və A pro-vitaminini özündə cəmləyən bu bitki siqaret çəkən insanlarda vitamin C azlığını tənzimləyir. Nar
Payız aylarında bədəndən toksinlərin təmizlənməsində böyük köməklik göstərir. Kərəviz Aclıq hissinin yaranmasının qarşısını alan kərəviz artıq çəkidən əziyyət çəkənlər üçün də çıxış yolu ola bilər. Köpün və qəbzliyin qarşısını alan bu şəfalı bitkini payız aylarında süfrənizdən əksik etməyin. Xurma
Antioksidant anbarı sayılan xurma payız aylarında sizi iynə, dərman qəbul etməkdən qurtara bilər. 1 xurmanın 2 boşqab meyvə dəyərində olduğunu öyrəndikdən sonra əminik ki, xurma sizin üçün əvəzedilməz bir qidaya çevriləcək. Sitrus bitkiləri
Sitrus bitkiləri deyildikdə şübhəsiz ki, ağlımıza ilk olaraq vitamin C gəlir. Naringi və portağal meyvələrinin bol olduğu bir fəsildə yalnız vitamin C deyil, bədəninizin A vitamini çatışmazlığını aradan qaldıran bu meyvələrin suyunu sıxaraq deyil, bütöv halda yeyin. Bu zaman qan şəkəriniz normaya düşəcək, ürək-damar sistemindəki problemləriniz aradan qalxacaq. Turp Güclü antioksidanta sahib olan turp sidik kisəsini təmizləməkdə əvəzsizdir. Artıq çəkidən əziyyət çəkənlər turpdan rahatlıqla istifadə edə bilərlər. Kəvər
A və C vitaminləri ilə zəngin olan və soğanın bir növü olan kəvəri bu aylarda istehlak etmək vacibdir.