Bakıda 50 ailə yerin altında yaşayır: işıq yox, su yox, tualet yox... FOTO/VİDEO

 

Bakıda, Koroğlu Rəhimov küçəsində ki bir tikilinin zirzəmisində 50 məcburi köçkün olan ailə yaşayır.

AzerTaym.az Azadlıq Radiosununa istinadən xəbər verir ki, həmin ailələr illərdir ki, acınacaqlı durumda həyat sürürlər. Aidiyyəti qurumlar problemlərin həll olunacağına söz versələr də, heç bir nəticə yoxdur.
 
Bu zirzəmidə yaşayanlar var... 
"Pəncərəmiz yoxdur ki, bilək işıq haradan gəlir. Biz ancaq saatla işləyirik. Burda ayaqyolu, hamam da yoxdur. Çimmək üçün 1 manat verib qonşuya gedirik. Su yox, qaz yox. İşıqlar sönəndə zülmətdə qalırıq. Bəlkə də prezidentimiz bizim bu cür yerdə yaşadığımızı bilmir. Prezident qərar verdi ki, qaçqınlara bu qədər pul ayırmışam. Səhəri gəlib yazdılar ki, iki-üç günə çıxırsınız. Ancaq bizi aldatdılar. Ona görə artıq inamımız qalmayıb. Çünki çox aldanmışıq”.
 Bu zirzəmidə yaşayanlar var...
Bu sözləri 20 ildən çoxdur həmin zirzəmidə yaşayan yaşı yarım əsri haqlayan Şəlalə Məmmədova deyir. Yarımçıq binanın zirzəmisində, pəncərəsiz, heç bir kommunal şəraiti olmayan yerdə 50-yə yaxın ailə yaşayır. Şəlalə üç azyaşlı uşağını burda böyüdüb. İki qızını burdan gəlin köçürüb, oğlu burdan hərbi xidmətə gedib qayıdıb. Burda yaşayan başqa qaçqınlar kimi, Şəlalənin də ən böyük arzusu qapısı, pəncərəsi olan, pəncərəsindən günəş görünən bir evdə yaşamaqdır.
 
Şəlalə Məmmədova
 
 






Fikirlər