Girovlarımız- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə qaytarılması üçün Azərbaycan hökuməti tərəfindən ciddi danışıqlar aparılır və real addımlar atılır.
Bu barədə tarixçi millət vəkili Fəzail İbrahimli söyləyib.
Deputatın sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarının xətti ilə də iş aparılır:
"Sadəcə olaraq, düşmən tərəf beynəlxalq hüquq normalarına uyğun davranmır. Özünə bir reket obrazı yaradıb və arxasında da müəyyən dövlətlər dayanır. Ona görə də, beynəlxlaq hüquq normalarına tabe olmur. Əsirlərin, girovların dəyişdirilməsi prosesi var. Onlar bunun qəbul etmir və anlamır. Azərbaycan üçün iki variant var. Ya danışıqları davam etdirib, məsələni sivil yolla həll etməlidir, ya da, separatçı ölkəyə hücum edib, torpaqları və girovları azad etməlidir. Hələlik Azərbaycan beynəlxalq hüquq normaları daxilində hərəkət etdiyi üçün ikinci versiya baş tutmur".
Qeyd edək ki, D.Əsgərov, Ş.Quliyev Kəlbəcərə doğmalarının məzarını ziyarət etməyə gedərkən düşmən tərəfindən girov götürülülər.