İnfarktı 1 ay əvvəldən bilin - Bu yolla...
İnfarktdan 1 ay əvvəl xəbər tutmağın mümkünlüyü üzə çıxıb.
Axar.az infarktı 1 ay öncədən öyrənməyin yollarını təqdim edir:
Halsızlıq
Arteriyalarınız daralanda ürəyinizə daha az qan gedir. Bu da ürəyinizin daha çox çalışmasına və özünüzü yorğun, halsız hiss etməyinizə səbəb olur.
Nəfəs almaqda çətinlik
Ürəyinizə gedən qan azalanda ciyərlərinizə gedən oksigen də azalır. Bu iki orqan bir-biri ilə sıx bağlıdır.
Baş gicəllənməsi
Baş gicəllənməsi və tez-tez təkrarlanan tərləmə də infarkta işarədir.
Döş qəfəsinin daralması
Sinənizdə daralma və ya yüngül ağrı hiss etmək infarktın göstəricisi ola bilər. İnfarkt yaxınlaşdıqca bu daralma kəskinləşir.