Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

 Картинки по запросу Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının "APA-Economics"ə verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. “Qeyd edim ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir”, - deyə Ş.Mehmanqızı əlavə edib. Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. 

  






Fikirlər