Saç əkimində təhlükə - Həkimləri 15 il həbs cəzası GÖZLƏYİR
Türkiyədə estetik əməliyyatlarin, təxminən 60 faizini saç əkimi təşlik edir. Lakin son zamanlar nəzarətsiz, qeyri-tibbi saç nəqlinin və tibbi heyəti olmayanların xaricdə həyata keçirdiyi əməliyyatların uğursuz nəticəsi və törətdiyi faciələr, qardaş ölkəni bu sahə üzrə dünyada sahib olduğu liderliyi itirmə təhlükəsi ilə üz-üzə qoyub. AzerTaym.az BakiPost.az-a istinadən xəbər verir ki, Türkiyə "Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurası Dərnəyi”nin Başçısı Emin Çakmak, xaricdə saç əkilməsi ilə əlaqədar çox sayda və ciddi şikayətlər almağa başladıqlarını bildirib. Meydana gələn fəsadlar səbəbiylə, xüsusilə də ərəb ölkələrində, Türkiyədən olan saç əkimi işini həyata keçirən həkimlərin ölkəyə girişinə qadağa qoyulub. Türkiyədə 2 min avroya edilən iş üçün xaricdə 7-8 min avroya alındığını bildirən Emin Çakmak həkimlərə xəbərdarlıq edib. Bildirib ki, artıq bu sahəyə ciddi nəzarət var və bu cür hallar baş verdiyi təqdirdə aidiyyəti şəxsləri 10-15 il müddətində həbs cəzası gözləyir.