Azərbaycanda məktəblilər evləndi- ŞOK STATİSTİKA

2017-05-22-12-30-59b6172833d348f1938bc4155341107ca820150828043602-44923-6

Son bir ildə Azərbaycanda 18 yaşadək nikah bağlayan bəy və gəlinlərin sayı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, 2016-ci ildə Azərbaycanda 18 yaşadək 315 nəfər erkən nigaha daxil olub.
Onlardan 3 nəfəri kişi, 312 nəfəri isə qadındır.
Qeyd edək ki, 2015-ci ildə 18 yaşdadək evlənənlərin sayı 388 nəfər olub.
Xatırladaq ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır. Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
 AzerTaym.az






Fikirlər