Türkiyədə maraqlı hadisə - İstidən bezdi, soyuducuya GİRDİ

Türkiyədə maraqlı hadisə - İstidən bezdi, soyuducuya girdi

Türkiyənin Malatya şəhərində istilərdən bezən bir mağaza satıcısı çıxış yolu olaraq soyuducuya girib, sərinləndi.

Musavat.com xəbər verir ki, havanın temperaturu gündüz 50 dərəcəyə qədər artdığı Malatya şəhərində istidən bezən vətəndaşlar olduqca fərqli çıxış yollarından istifadə edirlər. Həddən artıq istilərə qarşı fərqli çıxış yolundan istifadə edənlərdən biri də Battalqazi bölgəsinə bağlı olan Mələkbaba Məhəlləsində mağaza sahibi olan Ömər Fişenkçi olib. O, istilərə qarşı çıxış yolu olaraq iş yerinə soyuducu gətirməyi seçib: “İş yerində iki dənə soyuducum var. Birində soyuq içkilər saxlayıram. Digərinə isə mən girirəm və burada sərinləyirəm”. Onu soyuducuda görənlər isə təəccüblənirlər: “Mən həyatımda belə isti görmədim. Bu istilərlə başqa cür mübarizə aparmaq olmaz. İş yerində günümün böyük hissəsi soyuducuda keçir. İstilərlə mübarizə apara bilməyən hər kəsə bu yolu məsləhət görürəm”.






Fikirlər