Bakıda qurbanlıq heyvanların satış YARMARKALAR KEÇİRİLİB

Bu gün Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri ərazisində qurbanlıq heyvanların satış yarmarkalarını təşkil edib. İlk dəfə olaraq nazirliyin tabeliyində olan "Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-də yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.

"Report" xəbər verir ki, bunu Xətai rayonunda ("Nargilə" kafesinin yanı) təşkil olunan yarmarkanın işi ilə yerində tanış olan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
"Yarmarkaya 3 000-ə yaxın xırdabuynuzlu erkək heyvanlar gətirilib. Heyvanların hamısı müayinədən keçirilib, sağlam, əmtəəlik heyvanlardırlar", - İ.Quliyev deyib.
Qeyd edək ki, heyvanların qiyməti 95 manat təşkil edir. Bakıda qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai rayonu ("Nargilə" kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8; parkın yanı) və Yasamal rayonunda (Şərifzadə küçəsi,196; "İdeal" şadlıq sarayının həyəti) təşkil olunub.
 






Fikirlər