NAZİR tanınmış saatsazın polis oğlunu İŞDƏN ÇIXARDI

Ramil Usubov tanınmış saatsazın polis oğlunu işdən çıxardı

 Tanınmış saatsazın polis oğlu işdən çıxarılıb.

 
AzerTaym.az"-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ceyhun Fətəliyev tutduğu vəzifədən azad edilib.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, C. Fətəliyev xidməti avtomobili ilə yol qəzası törətdiyi üçün işdən çıxarılıb.
 
Qeyd edək ki, C. Fətəliyev Bakının məşhur saatsazı Hacı Fətəliyevin oğludur.
 
C. Fətəliyevin atası H. Fətəliyev oğlunun işdən çıxarıldığını təsdiqləyib. O bildirib ki, qəza baş verən zaman C. Fətəliyev sükan arxasında olmayıb: “Maşını mənim oğlum deyil, polis serjantı idarə edib. Belə hadisələr qaçılmazdı. Buna baxmayaraq, biz hər iki maşını təmir etdirdik. Lakin yol polisi sistemində mənim oğluma qarşı qərəz var. Onu sıxışdırırlar. Mən bu barədə daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəm”. 






Fikirlər