SÜMÜKlərin sağlamlığını QORUYAN 5 MƏHSUL - Tək süd məhsulları deyil!
İnsan yaşlaşdıqca sümük kütləsi əriməyə başlayır. Nəticədə sümüklər daha zəif və məsaməli olur, sümüklərin qırılması riski artır. Bu proses "osteoporoz" adlandırırlır. Osteoporoz "lal" xəstəlikdir, yəni özünün hər hansı simptomla büruzə vermir. Osteoporozu yalnız müəyyən müayinələrin köməyi ilə aşkar etmək olur. Bir çox digər xəstəliklər kimi osteoporoz da xeyli cavanlaşıb və artıq orta yaşlı insanlarda da tez-tez aşkar olunur. Bu səbəbdən osteoporozun erkən profilaktikası çox vacibdir. Sümüklərin sağlamlığını qorumaq üçün qidalanmaya bəzi məhsulları əlavə etmək lazımdır. Bu tək kalsiumla zəngin olan məhsullar deyil. Sitrus meyvələri Bu meyvələr C vitamini ilə zəngindir. Bu vitamin oynaqların sağlamlığında böyük rol oynayır və həmçinin sümüklərin minerallaşması üçün vacib olan maddələrin əmələ gəlməsində iştirak edir. Balıq D vitamini kalsiumun orqanizm tərəfindən sovrulması üçün çox vacibdir. D vitaminin defisiti zamanı kalsium yaxşı sovrulmur və bu da sümüklərin zəiflənməsinə, əriməsinə səbəb olur. Balıq D vitaminin ən yaxşı mənbəyidir. Badam Badam sümüklərin sağlamlığı üçün vacib olan kalsium, kalium, marqans və E vitamini ilə zəngindir. Küncüt Küncüt sümüklərin sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. Küncütün tərkibində olan kalsium süd məhsullarında olan kalsiumdan daha çoxdur. Mütəxəssislər küncütü yeməklərə, salatlara əlavə etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, küncütün qızardılması zamanı onun faydası azalır. Göyərti və kələm Bu məhsullar K vitamini ilə zəngindir. K vitamini isə kalsiumla birlikdə sümüklərin sıxlığını artırır.