Diabet, beyin pozulması, sinir xəstəlikləri, qaraciyər problemlərinin gələcəkdə milyonlarla insanı əhatə etməməsi üçün və özünüzü qorumaq üçün təcili olaraq şəkər, qənd və şirniyyatdan imtina etməlisiz.
AzerTaym.az bildirir ki, bioloqlar insanlığın təhlükədə olmasının səbəbindən birini şəkərdə görür.
Şəkərdən imtina 1 ay ərzində insanın və həyatını müsbətə doğru dəyişir.
Alimlər bildirir ki, insan şəkər əlavə olunmuş yüzlərlə qidadan, içkidən (qazlı şirin içki, qəhvə və s) gündəlik şəkər normasının 10 qat artığını alır.
Baxmayaraq ki, şəkər əlavələri qidaları dadlı edir, hər gün bunları yedikdə diabet və piylənmə, qaraciyər problemlərinə gətirib çıxarır.
Alimlər 200 nəfərin rasionundan şəkər əlavə olunmuş qidaları çıxararaq, onların bədənində baş verən dəyişiklikləri qeydə alıblar.
Bu eksperiment həmin insanlarda diabet, ürək-damar, artrit, təzyiq riskini və simtomlarını azaldıb.
Diyetoloq Ellison Tallman bildirib ki, şəkərdən imtina bəzi xərçəng növlərinin də inkişafının qarşısını alır:
“Şəkərdən imtinadan bir ay sonra həzm sistemi qaydaya düşür. Dişlərin çürüməsi, kariyesi dayanır. Bədən piylənmədən azad olur. Depressiya aradan qalxır, əhval-ruhiyyə düzəlir. İnsan ona lazım olan şəkəri təbii olaraq meyvə-tərəvəzdən alır. Əlavə şəkərə ehtiyac yoxdur”.