Nə daha çox fayda verəcək: idman zalında keçirdiyiniz bir saat, yoxsa bir saat yuxu?..

Nə daha çox fayda verəcək: idman zalında keçirdiyiniz bir saat, yoxsa bir saat yuxu?..

Birbaşa deyək: bu yazı idmanla məşğul olmamaq üçün bəhanə axtaran tənbəllər deyil, hətta bədəni istirahət tələb etsə belə, çoxsaylı idman məşqlərinə tələsənlər üçündür.
 

 

Bu gün biz elə bir ideal düstur müəyyən etməyə çalışacağıq ki, nə zaman idmanla məşğul olmaq, nə zaman özünə istirahət verib yataqda keçirməyi anlayaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Şərti olaraq insanları iki tipə-məşqlər əvəzinə divanda gününü keçirməyə üstünlük verənlərə və hətta iki saat yuxudan və ağır iş günündən sonra da trenajop zalından imtina etməyənlərə bölmək olar.
 
Birinci qrup anlayır ki, divanda oturmaqdan, seriallara baxmaqdan, çipsləri yeməkdən orqanizmlərinə heç bir fayda gəlməyəcək; ikinci qrup tamamilə əmindir ki, hər bir fiziki məşğələ onları daha sağlam edəcək və onlar əbədi yaşayacaq.
 
Biz təəssüf edirik, amma sizi məyus etməyə məcburuq, belə "idman fanatları" nəinki bədənini möhkəmləndirmir, həm də öz sağlamlığına ciddi zərər vururlar.
 
Nədən idmanla məşğul olmaq və yaxşı yatmaq belə vacibdir?
 
Tədqiqatlar göstərib ki, həzm sisteminin düzgün fəaliyyət göstərməsi və çəkiyə dəstək verilməsi üçün yaxşı yatmaq lazımdır (sutkada 6-8 saat). İstirahət beynin sağlamlığı üçün faydalıdır, orqanizmdə hormonların düzgün ifrazına və bir çox başqa həyati vacib olan funksiyaların icrasına kömək edir.
 
Əks halda daimi yuxusuzluqdan biz yüksək ürək-damar xəstəlikləri riskinə, hafizəmizlə bağlı problemlərlə üzləşəcək, hətta diabet kimi xəstəliklərə məruz qalacağıq.
 
Digər tərəfdən, müntəzəm fiziki məşğələlər həmçinin ürək-damar xəstəlikləri riskini azaldır, beynin işini yaxşılaşdırır, əzələləri və sümükləri möhkəmləndirir, ümumilikdə ömrü uzadır.
 
Lakin anlamaq lazımdır ki, bu iki faydalı hərəkətlər ciddi surətdə bir-birinə təsir edir. Yəni məşğələlər yuxunun keyfiyyətini yaxşılaşdırır, yuxu isə öz növbəsində enerjinin miqdarına və iş qabiliyyətinə müsbət təsir göstərir.
 
Lakin bunların arasında əhəmiyyətli fərq var. Gecə yuxusuna tələbatı biz hər gün və kifayət qədər təmin etməliyik. Əgər biz trenajor zalından kəskin surətdə imtina etsək, bədənimiz və ağlımız bunu dərhal hiss etməyəcək, amma yuxusuzluq ani olaraq bizim əhval-ruhiyyəmizə və sağlamlıq vəziyyətimizə təsir edəcək.
 
Yuxu və idman arasında balansı necə tapmalı?
 
Biz bilirik ki, çoxlarınız nə zaman yatmağın və nə zaman idmanla məşğul olmağın elə "sehrli düstur"unu tapmaq istəyərdiniz ki, özünüzü xoşbəxt hiss edəsiniz.
 
Təəssüf ki, gerçək dünyada bu, bir qədər çətindir.
 
ABŞ-ın Pitsburq universitetinin fiziki məşğələlər və çəkiyə nəzarət Mərkəzindən doktor Kristofer Klyayn bu məsələyə aydınlıq gətirməyə cəhd edib.
 
"30 dəqiqəlik fiziki məşğələlər əlavə yarım saat yuxuya nisbətən sağlamlığa daha güclü təsir edir. Lakin bu, yalnız bir halda doğrudur: əgər bundan öncə axşam siz kifayət qədər yuxu almısınız. Hər halda 6, 5 saat yatmısınızsa. Əgər siz gecə vaxtı 7 və daha çox saat istirahət etmisinizsə, amma sizi məşqlər əvəzinə yuxu çəkirsə, əlavə yarım saat yuxu sağlamlığınıza fayda verməyəcək", - o, "Fatherly" saytına müsahibəsində deyib.
 
Digər tərəfdən, əgər siz sutkada 6 saatdan az yatmısınızsa və iş gününüzü məşqlərlə bitirmək istəyirsinizsə, o zaman ən yaxşı qərar evə getmək və erkən yatağa girmək olardı.
 
Harvard universitetinin yuxu üzrə mütəxəssisi doktor Çarlz Tseysler "New York Times" qəzetində yazıb: 
 
"Keyfiyyətli gecə yuxusu travmalar riskini azaltmaq və fiziki yükdən sonra əzələləri bərpa etmək üçün zəruridir. Amma yuxusuzluq immun sistemini zəiflədir, bu da fiziki məşğələlər zamanı sağlamlıq üçün riskləri artırır".
 
Nüfuzlu "Cell" jurnalında dərc edilən tədquqat göstərib ki, bizim əzələlərimiz "bioloji saatlara" köklənib. Biz yaxşı yuxu almayanda, bu mexanizm pozulur və onların artımı və inkişafını ləngidir. Başqa sözlə desək, sizə istirahət lazım olduğu halda, yenə də idmanla məşğul olmaq qərarı verirsiniz, bununla da bədəninizi ciddi riskə məruz qoyursunuz.
 
Bəs gündüz yuxusu barədə nə demək olar?
 
Gündüz yuxusu ərköyün və tənbəllərin şakəri hesab edilir, lakin bir çox tədqiqatlar göstərib ki, əslində bu, güclü alətdir, beynin və orqanizmin digər sistemlərinin sağlamlığına gün ərzində dəstək olur.
 
Lakin yadda saxlamaq lazımdır ki, yalnız qısamüddətli gündüz yuxusu enerjinizi yüksəldəcək və beyninizin fəaliyyətini gücləndirəcək. Əgər siz bir-iki saat özünüzə istirahət verəcəksinizsə, yuxunun sizi yora bilən, azdıra bilən və oyanma prosesini ləngidə bilən dərin fazasına keçməyə macal tapmağa imkan verəcək.
 
Ekspertlər vurğulayır ki, əgər sizin günortadan sonra enerjiniz aşağı düşürsə, bu zaman bütün gecəni yaxşı yatmısınızsa, siz üfüqi vəziyyət almamalısınız. Belə hallarda fiziki aktivlik sizə kömək edəcək. Lakin bunun üçün trenajor zalına getmək mütləq deyil, siz, sadəcə, gəzintiyə çıxa, velosiped sürə və ya iş yerinizi tərk etmədən ofis gimnastikası ilə məşğul ola bilərsiniz.
 
Healthy Walla






Fikirlər