Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının, Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə mədəniyyət nümayəndəliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və birgə təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan ədəbi-bədii gecədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Dədə Şəmşirin nəvəsi cənab Cavid Qurbanov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, idarə müəssisə rəhbərləri, saz-söz adamları, rayon ictimayyətinin nümayəndələri, şairin ailə üzvləri və Bəhmənsevərlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Göygöl rayon şəhidlər xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət edərək, gül dəstələri düzmüş, əziz xatirələrinə ehtiramlarını bildiriblər.Daha sonra Bəhmən Vətənoğlunun, Şücaət Kəlbəcərlinin və Qəmkeş Allahverdinin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan ədəbi-bədii gecədə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şair Bəhmən Vətənoğlunun öz səsi ilə hazırlanmış videoçarx nümayişi etdirilib.
Tədbirin aparıcısı, Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsini dekanı Ələmdar Cabbarlı giriş nitqi ilə Bəhmən Vətənoğlunun həyat və yaradıcılığı haqqında məlumat verib.
Ədəbi-bədii gecədə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Dədə Şəmşirin nəvəsi cənab Cavid Qurbanov, Bəhmən Vətənoğlunun yaradıcılığından söz açıb, bildirib ki, Kəlbəcər ədəbi mühitində Bəhmən Vətənoğlunun özünəməxsusu yeri var.Bəhmən Vətənoğlu elin şairi idi, el onu çox sevirdi, şerləri dildən-dilə, eldən-elə gəzirdi.Bu gündə şairin şeriləri oxucular tərəfindən sevilə-sevilə oxunur, sözlərinə musiqilər, mahnılar bəstələnir.Bu gün Bəhmən Vətənoğlunun, digər yurd həsrəti ilə dünyasını dəyişmiş şairlərimizin ruhları şaddır.Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti ilə torpaqlarımız düşməndən azad edilib.Biz Bəhmən Vətənoğlunun növbəti yubleyini böyük təntənə ilə doğma Kəlbəcərimizdə qeyd edəcəyik.Eyni zamanda Cavid Qurbanov Bəhmən Vətənoğlu ilə atası Qənbər Qurbanovun xatirələrindən söz açıb.
Daha sonra çıxış edən Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Vəlyəddin İsmayılov, şair Yusif Hüseyn, şairin yaxın dostu Həsən Məmmədov, şair Elşən Əzim şairin yaradıcılığından söz açaraq, Bəhmən Vətənoğlunun hər zaman el arasında sevildiyini və bu gündə bu sevginin davam etdiyini dilə gətirərək hər zaman xalqın qəlbində yaşayacağını vurğulayıblar.
Ədəbi-bəddi gecədə Əməkdar Mədəniyyət işçisi saz ifaçısı Ədalət Dəlidağlı, Əməkdar artist, muğam ifaçısı Babək Niftəliyev, Əməkdar Mədəniyyət işçisi saz ifaçısı Aşıq Əhliman, Muğam müsabiqəsi laureatı, muğam ifaçısı Malik Həsənov, Aşıq Elbrus, Aşıq Yaşar, Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin muğam müəllimi, 7-ci Muğam Festifalının laureatı Taryel Vəliyev şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Yekunda şairin ailəsi adından şairin oğlu Etibar Məmmədova tədbirin təşkilatçılarına, "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədri, Dədə Şəmşirin nəvəsi Cavid Qurbanova, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirova, Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon üzrə nümayəndəsi Xaliq Muxtarova, Moderator.az informasiya agentliyinin rəhbəri Zülfüqar Hüseyinzadəyə və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirib və Bəhmən yaradıcılığına verdikləri yüksək dəyərə görə təşəkkür edib.