İbad Mövsüm oğlu Hüseynovla Kəlbəcər ictimaiyyəti nümayəndələri və gənclərinin görüşü.

İbad Mövsüm oğlu Hüseynovla Kəlbəcər ictimaiyyəti nümayəndələri və gənclərinin görüşü.Kəlbəcər rayon İcra Hakimiyyətindən "AzerTaym.az"-a verilən məlumata görə Aşıq Şəmşir adına Mədəniyyət evində “Azərbaycan Bayrağı “ ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Mövsüm oğlu Hüseynovla Kəlbəcər ictimaiyyəti nümayəndələri, kəlbəcərli qarabağ müharibəsi iştirakçıları və veteranlarıının və yuxarı sinif şagirdlərinin görüşü olub.

Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov çıxış edərək İbad Hüseynovu salamladı və onu Kəlbəcər rayon ictimaiyyəti və gəncləri arasında görməkdən şad olduğunu bildirdi.

Tədbirdə çıxış edənlər vurğuladılar ki, bu gün yetişən Azərbaycan gəncliyinə İbad Hüseynov kimi şərəfli döyüş yolu keçmiş mərd döyüşçülərin həyatı əsl mərdlik və kişilik məktəbidir.

Yekunda Milli Qəhrəman olan İbad Hüseynova Rayon İcra Hakimiyyəti Başçısının hədiyyəsi verildi. “Azərbaycan Bayrağı “ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynov rayon rəhbərliyinə və Kəlbəcər ictimaiyyətinə xoş münasibətə görə öz minnətdarlığını bildirərək gənclərə Qarabağın işğaldan azad olunması üçün son damla qanınadək mübarizə aparacağını vurğuladı.






Fikirlər