Qadınların bu hərəkəti kişiləri iyrəndirir - Sensasiyalı MÜSAHİBƏ...

Qadınların bu hərəkəti kişiləri iyrəndirir - Sensasiyalı müsahibə

Psixoloq Vüsalə Rüstəmin Yenisabah.az-a müsahibəsi: 

- Son vaxtlar zərif cinsin nümayəndələri arasında estetik əməliyyatlara meyl güclənib. Sizcə, bu nə ilə bağlıdır?

- Zərif cinsin nümayəndələri arasında estetik əməliyyatlara meylin güclənməsinin səbəbi olduqca sadədir. Qadınlarımız xarici görünüşü özünə dərd edərək, müxtəlif bədən nahiyələrini bəyənmir. Bunun da kökündə dayanan məsələ gerontofobiya, yəni yaşlanma qorxusudur. Həmçinin, əksər qadınlar bu səbəbdən kompleks yaşayırlar. 

- Təkcə gənc qızlar deyil, həm də ailəli xanımlar, iki-üç uşaq anası olan qadınlar da estetik, hətta bədənşəkilləndirmıə əməliyyatı etdirirlər. Onları bu cür çətin prosedurdan keçməyə nə vadar edir?

- Təkcə subay xanımlar deyil, eyni zamanda evli, uşaqlı analar belə,  estetik və bədən şəkilləndirmə  əməliyyatlarına üz tutur. Onları bu cür ağır prosedurları etdirməyə ilhamdıran bir neçə səbəb var. Birincisi efirlərə çıxıb bar-bar bağıran və hər verilişdə özünü reklam edən həkimlərin onları manipulyasiya etməsidir. Digər bir səbəb kimi, bu əməliyyatları edən qohum-əqrəba, dost-tanışların məsləhətidir ki, əksər xanımlar onlara qulaq asıb küyə gedirlər. 

- Qadınlarımızın belə mürəkkəb prosedurlara baş vurmasını Azərbaycan kişilərinin "gözəllik aşiqi" olması ilə əlaqələndirmək mümkündürmü? Doğrudanmı, qadın gözəlliyini itirəndə həm də onu sevən kişini itirir?

- Azərbaycan qadınının belə mürəkkəb prosedura baş vurması kişilərimizin gözəllik aşiqi olması ilə əlaqələndirmək mümkün deyil. Çünki gözəllik ilk başda görüntüyə bağlı olsa da, sənə gözəl görünən biri ilə ünsiyyətə keçəndən sonra sən onun daxili aləminə nüfuz edirsən, əgər orda gözəllik varsa ona aşiq olursan. Əks halda həmin gözəlin kişi üçün bəzənmiş bir gəlincikdən fərqi olmur. 

Qadınlar bəzən düşünürlər qadın gözəlliyini itirəndə onu sevən kişini itirir. Belə düşünən qadın kamil insan deyil və demək olar ki, yaşadığı həyatdan heç nə öyrənməyib. Qadın səliqəli və gözəl görünməlidir. Bu görüntüyə dartılmış üz, saxta kiprik, şişmiş dodaqlar, yanaqlar, əcaib forma almış əndam daxil deyil. Kişini qadından iyrəndirən onun pintiliyi, qayğısızlığı, sevgisizliyidir. Dünyaca məşhur olan gözəl  qadınların belə ərləri, sevgililəri onlara xəyanət edib ya da boşayıb. Əgər hər şey görüntü xatirinə  olsa idi o zaman həmin gözəl qadınları kimsə tərk etməzdi. Qadının gücü onun gözə görünməyən qadın enerjisi, sevgisi, qayğısı, mərhəməti və kişi ilə söhbət edəcək, anlayacaq, ona məsləhət verəcək  dərəcədə malik olduğu  intellekt səviyyəsidir.

- Deyirlər ki, hər yaşın öz gözəlliyi var. Qadınlar niyə qocalmaqdan qorxurlar? 

- Qadınların çoxunda eqoizm var. Yaşlandıqca ətrafında olan cavan qadınları gördükcə onlarda paxıllıq hissi yaranır. Təbii ki, bu hər kəsə aid deyil. Amma çoxu belədir. Gəlini ilə bəhsə girən qaynanalar var ki, ağla gəlməyən plastik əməliyyatlara gedir ki, qocalma qorxusunu özündən ata bilsin. Estetik əməliyyatlar nənələrin yaşlanmağa qorxusuna qalib gəldiyi bir savaşdır. 






Fikirlər