Ağcaqanadlardan necə qorunmaq olar - Ən sadə üsul

Ağcaqanadlardan necə qorunmaq olar - Ən  sadə üsul 

Bu yolla siz həm artıq xərcdən, həm də problemlərinizdən xilas olursunuz.
 
Ağcaqanadlardan qorunmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz. Limonu ovcunuzda sıxaraq sulandırın. Ortadan ikiyə kəsərək içinə mixəklər qoyun. Ağcaqanadlar bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək.
 
Yox əgər artıq ağcaqanadların “hücum”una məruz qalmısınızsa, bir neçə asprini suda həlim şəklə gətirib ağcaqanad dişləyən yerlərə sürtün. Bu məlhəm qaşıntını azaldacaq.
Qaralan gümüşlərinizi banan qabığının içi ilə ovmağı sınamısız? Bu təcrübə sizi çaşdıracaq.
Avtomobilinizin içinə qoyacağınız az miqdarda kömür havanın təmiz və təzə qalmasını təmin edəcək.
 
Bir qabın içinə bir neçə dənə hazır çay paketi salıb soyuducuya qoyun. Bu, soyuducudan pis qoxu gəlməsinin qarşısını alacaq. 
 
Ziyillərinizin üzərinə gündə 3 dəfə təxminən 15 dəqiqə müddətlə isti (qaynar yox) paket çay qoysaz, ziyillərin yox olduğunu görəcəksiniz. 
 
Qarışqa gördüyünüz yerlərə darçın səpin. Darçının qoxusu qarışqaları qaçıracaq.






Fikirlər