Doğum evi müdirinin tikdirdiyi villa - FOTOLAR

Doğum evi müdirinin tikdirdiyi villa - Bir çox sahələrdə olduğu kimi səhiyyə sistemi də problemlərin ağuşunda boğulur. Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır.

Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsidir.

Bu barədə rekdaksiyamıza maraqlı məlumat daxil olub. 10 ilə yaxındır ki, şöbənin müdiri vəzifəsini tutan Leyla Ağalarovanın sərvətənin sayı-hesabı bilinmir. Bütün bunları isə doğum evinin imkanları hesabına əldə edib. Hətta bu yaxınlarda Leyla Ağalarovanın mənzilindən 70 min manat dəyərində qızıl-ziynət əşyaları oğurlanıb.
Məlumat verən mənbə iddia edir ki, Leyla Ağalarova qanunsuz abortlardan böyük pullar qazanır. Bildirilir ki, doğum şöbəsində həkimlərin səhlənkarlığı səbəbindən ana və uşaq ölümlərinin sayı hər ötən il bir az da atırr.
Leyla Ağalarova doğum şöbəsindən qazandığı milyonlar hesabına Beyləqanda özünə villa tikdirib. Həmin villanın fotolarını təqdim edirik.
Qeyd edək ki, Leyla Ağalarova təkcə Beyləqanda özünə villa tikdirməyib. Onun Bakıda da bir neçə villasının olduğu bildirilir.
 
 

 






Fikirlər