ƏHALİDƏ AŞKARLANAN XƏSTƏLİKLƏR AÇIQLANIB
Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir. A24.Az xəbər verir ki, iki ay ərzində 1912405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919075 nəfər kişi, 993330 nəfəri isə qadındır. Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib. Eyni zamanda, 13298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəliklər qeydə alınıb. Müayinələr nəticəsində 2830 nəfər hospitalizasiya olunub, 66851 nəfər sağlamlaşdırılıb. 604479 nəfər əlavə müayinələrə cəlb olunub. Müayinələr mayın 12-dək davam edəcək. AzerTaym.az