Hipertoniya (yüksək təzyiq) ən yayılmış pozulmalardan biridir. Bir çox insanlar fikirləşir ki, yüksək təzyiq özünü baş ağrıları, ürəkbulanması, başgicəllənməsi və s. bu kimi simptomlarla büruzə verir.
Lakin bu belə deyil. Hipertoniya hiyləqər xəstəlikdir. İlk mərhələlərdə xəstəlik özünü heç bir simptomla büruzə vermir. Gizli inkişaf edən hipertoniya ürək-damar, böyrək xəstəliklərinə, görmənin zəiflənməsinə, insult və infarkta səbəb olur. Bu səbəbdən həkimlər hər bir yetkin insana vaxtaşırı olaraq təzyiqi ölçməyi tövsiyə edirlər. Təzyiq 139/89 c.st.-dan yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət edin. İlkin mərhələlərdə insan hipertoniyadan dərmansız, yalnız qidalanmada və həyat tərzində müəyyən dəyişikliklər etməklə qurtula bilər.
Sizə arterial təzyiqi tənizimləməyə kömək edən 5 ən yaxşı məhsulu təqdim edirik:
- Nar. Kardioloqlar xəstələrinə mövsümdə hər gün 1 nar yeməyi tövsiyə edirlər.
- Qatıq, ayran. Ən sınanmış və həqiqətən effektli müalicəvi məhsullardır.
- Limon. Hər gün yarım stəkan suya 1 ç.q. limon şirəsi və 1 ç.q. bal əlavə edin, qarışdırın və için. Əla müalicəvi və profilaktik vasitədir.
- Qara şokolad. Çoxsaylı araşdırmalar şokoladın ürək-damar sistemi üçün faydalarını təsdiq edib.
- Zəncəfil və sarıkök. Bu ədviyyatlar damarların sağlamlığına müsbət təsir edir, damarları genişləndirir.
- Çuğundur və çuğundur şirəsi. Elmi araşdırmalar göstərib ki, çuğundur damarları genişləndirir və təzyiqi salır. AzerTaym.az