Dünyanın ƏN YAŞLI insanının yaşam sirri: Gündə İKİ ÇİY yumurta və subaylıq
Dünyanın ən yaşlı insanı, 117 yaşlı amerikalı Susanna Cons dünyasını dəyişib. Ondan sonra “dünyanın ən yaşlı insanı” adı italiyalı Emma Moranoya keçib.
E.Morano 29 noyabr 1899-cu ildə doğulub. O, 19-cü əsrdə doğulub hələ də həyatda olan yeganə insan hesab olunur. 3 yüzilliyi görən, dünya müharibələrinə, ölkəsinin monarxiyadan respublikaya keçidinə şahidlik edən Emma İtaliyanın İsveçrə ilə sərhədində yerləşən Verbaniya qəsəbəsində yaşayır.
116 yaşlı qarı uzun yaşamasının sirrini də açıqlayıb. O, uzunömürlü olmasının səbəbi kimi, hər gün iki ədəd çiy yumurta içdiyini və təxminən 80 ildir ki, subay olduğunu deyib.