"The Wall Street Journal": PUTİNİN yeni AVROPA Cəbhəsi – QARABAĞ

Azərbayacan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik dünya mətbuatının da gündəmindədir.

 Modern.az  xəbər verir ki, Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornell Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşrində cəbhədəki döyüşlərin perspektivindən yazıb 

 

Ekspert “Vladimir Putinin yeni Avropa Cəbhəsi” adlı  məqaləsində Rusiya amilinə toxunaraq bildirib ki, Kreml hazırda daha mürəkkəb və həssas regionda üstünlüyə malikdir.  

Onun fikrincə, Barak Obama administrasiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədə vakuum mövcuddur. 

 

“Vaşinqton artıq hesab edir ki, bu problemin həlli Rusiya deyil... Bu gün münaqişənin eskalasiyası səbəbsiz yerə baş vermir. Qafqazda vəziyyət qeyri-sabitdir. 1990-cı illərin başlanğıcından erməni-Azərbaycan münaqişəsi regional siyasi fikir ayrılıqlarının episentrində dayanır. Moskva Ermənistanı dəstəkləyir. Bu isə Azərbaycanın Türkiyə və Qərblə birləşməsinə gətirib çıxardı”.  

Analitik Rusiya prezidenti Vladimir Putin üçün Azərbaycanın strateji əhəmiyyətinin olduğunu da vurğulayıb.  

 

Azərbaycanın ABŞ-la əlaqələri son illər soyuq idi. Amma son vaxtlar iki ölkə arasındakı münasibətlər istiləşməyə başladı. Obama administrasiyası siyasi məhbusların əfv edilməsinə jest olaraq Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtona dəvət etdi”. 

Politoloq yazıb ki, Putinin prezident İlham Əliyevin Amerikaya səfərindən sonra həll edilməmiş münaqişədən istifadə etməsi təəccüblü deyil. O, Ağ Evin Cənubi Qafqazla bağlı siyasətindən də söz açıb:  

“Kreml bununla qonşu ölkəni zəiflətməyə çalışır. Eyni addımı Ukraynada da atır. Çox az adam Moskvanın belə gizli strategiyasından şübhələnir.  

Cəbhədəki son döyüşlərin gedişatında Azərbaycan əraziləri üzərində nəzarəti geri qaytara bildi. ABŞ isə bu regionu ciddi qəbul etmir. Amerika Qafqazda genişmiqyaslı müharibənin qarşısını almaq istəyirsə, o, ciddi diplomatik təşəbbüsü öz üzərinə götürməli, problemin həllinə Azərbaycanı və Ermənistanı cəlb etməlidir.  

 

Amma bu o zaman ola bilər ki, Vaşinqton Qafqazın  Ukraynadan Suriyaya qədər uzanan konfliktin bir hissəsi olduğunu anlayar”.  

 






Fikirlər