İranda parlament seçkilərində 17 QADIN seçildi
İranda 17 qadın deputat seçilib.
13 qadın deputat parlament seçkilərinin fevralın 26-da keçirilən ilk turunda seçilib, daha 4 nəfər isə ötən gün baş tutan seçkilərin ikinci turunda parlamentdə yer alıblar.
Eskpertlər fikirincə, parlamentdə qadın-deputatların olması İran cəmiyyətində qadınların ümumi durumunu yaxşılaşdırmağa imkan verəcək.
"Ümümilikdə son 9 parlamentin tərkibində 78 qadın olub"
"Bizim əsas məqsədlərimizdən biri qadınların kişi siyasətçilər arasında örnək olmasıdır", - deyə Tehrandan deputat seçilən qadın bildirir.
Bundan əvvəl İran tarixində parlamentdə qadınlar ən çox yərə 5-ci çağırışda sahib olmuşdular. O zaman qadın millət vəkillərinin sayı 14 idi. Lakin bu rəqəm siyasi abu-havaya görə azalmışdı və parlamentin 9-cu çağırışında sadəcə 10 qadın-deputat var idi. Ümümilikdə isə son 9 parlamentlərin tərkibində 78 qadın olub.
Bu dəfə ki, 10-cu çağırış parlamentindəki qadınların bir çoxu islahatçılar düşərgəsinə və ya müstəgil namizədlərə aiddirlər.
İran İslam Respublikasının bir palatalı parlamenti 290 deputatdan ibarətdir (18 fevral 2000-ci ilədək 270 deputatdan ibarət olub - red. ). Deputatlar ümümxalq səsverməsi yolu ilə 4 illik müddətə seçilirlər. Məclis qanunlayihələrinin və büdcənin tərtibatı, beynəlxalq sazişlərin ratifikasiyası ilə məşqul olur. ( anspress.com )