"XUNTAÇILARI təhvil verməyə hazırıq" — Yunanıstandan açıqlama

"Xuntaçıları təhvil verməyə hazırıq" — Yunanıstandan açıqlama

Türkiyədə çevrilişə cəhd edən 8 yüksək rütbəli zabitin Yunanıstana qaçması xəbəri Ankara ilə Afina arasında gərginlik yaratdı.

Ölkə.Az xəbər verir ki, Türkiyə mediası Yunanıstan hökumətinə yaxın mənbələrdən sızan bir mühüm xəbəri dərc edib. 

Xəbərdə Yunanıstan hökumətinin adı açıqlanmayan rəsmisi çevrilişə cəhd göstərmiş zabitləri Türkiyəyə təhvil verməyə hazır olduqlarını bildirib.

Xəbərdə Yunanıstanın Türkiyədəki qanuni hökuməti dəstəklədiyi də vurğulanır.






Fikirlər