15 iyul çevrilişini əngəlləyən korgeneral SURİYAYA hücuma rəhbərlik edir

Türkiyə Silahlı Qüvvətləri bu gün Türkiyə vaxtilə saat 4.00-da Suriyanın Hələb şəhərinə aid Cerablus bölgəsini İŞİD-dən təmizləmək üçün əməliyyata başlayıb

Moderator.az xəbər verir ki, əməliyyata korgeneral Özəl Qüvvətlər Komutanı Zekai Aksakallı rəhbərlik edir. 
Zekai Aksakallının 15 iyul hərbi çevrilişə cəhdə qarşı qoyduğu mövqe çevrilişin baş tutmaması üçün həlledici rol oynadığını da qeyd etmək lazımdır. Məhz 15 iyuldan sonra Z. Aksakallı növbəti korgeneral rütbəsi alıb.                                                     Havadan və qurudan edilən hücum nəticəsində İŞİD-in əksər mövqeləri dağıdılıb.                                                  
                 
Türkiyənin bu əməliyyatına münasibət bildirən PYD ( PKK-nın Suriya qolu) lideri Saleh Müslümün "Türkiyə Suriya bataqlığında çox şey itirəcək" bəyanatına R.T. Ərdoğan bu saatlarda etdiyi çıxışında: "bizim deyil, özlərinin necə olacaqlarının hesabını aparsınlar"  sözlərilə cavab verib.                                                                                    
Əməliyyatdan Suriya dövlət başçısı Bəşər Əsədin də məlumatlı olduğu bildirilir.






Fikirlər