"48 saat içərisində ərazimizi tərk edin" — Bərzanidən PKK-ya xəbərdarlıq

"48 saat içərisində ərazimizi tərk edin" — Bərzanidən PKK-ya xəbərdarlıq

İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Şimali İraqdakı PKK terrorçularından ərazini tərk etmələrini tələb edib.

Ölkə.Az xəbər verir ki, Bərzani Ərbil asayişinə PKK-KCK üzvlərinin tutulması və ərazidən çıxarılması üçün göstəriş verib.

1990-cı ildə Türkiyədən qaçaraq Şimali İraqa sığınan PKK tərəfdarlarının yaşadığı Mahmur düşərgəsində yaşayanların isə Bərzaninin əmri ilə muxtariyyətin şəhərlərində işləməsi qadağan edildi. Onların düşərgəni sərbəst şəkildə tərk etmələri də qadağan edilib.






Fikirlər