“Bu, böyük fəlakətə gətirib çıxaracaq” — ŞOK PROQNOZ

“Bu, böyük fəlakətə gətirib çıxaracaq” — ŞOK PROQNOZ

“Ankara terrorunun arxasından PKK çıxarsa, böyük bir fəlakətə gətirib çıxarar”.

 
Bunu Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani bildirib.
 1
İngiltərənin “Sky News” kanalının suallarını cavablandıran kürd lider qeyd edib ki, PKK 37 nəfərin ölümü və 122 nəfərin yaralanması ilə nəticələnən terror aktına görə məsuliyyəti üzərinə götürməyib.
 
“Araşdırmalar davam edir. Ancaq şübhəyə yer qalmayacaq şəkildə PKK-nın hücumun arxasında olduğu üzrə çıxarsa, bu kürd millətini böyük bir ittihamla qarşı-qarşıya qoyacaq. Bu, böyük bir fəlakətə və kürdlərlə türklər arasında böyük bir milli döyüşə gətirib çıxarar”, - Bərzani deyib.
 
Kürd liderin sözlərinə görə, Şimali İraqda kürdlərin nəzarəti altında olan bölgədə müstəqil dövlətin yaradılmasının təxirə salınmasının nəticələri yaxşı olmayacaq. 
AzerTaym.az






Fikirlər