Tramp seçildi, ordu hərəkətə keçdi – müharibə başlayır?
ABŞ-da Donald Tramp prezident seçilən kimi Kuba ordusu yüksək səviyyədə hazırlıq vəziyyətinə gətirilib. Publika.az xəbər verir ki, Barak Obama bu il Kubaya səfər edərək, Vaşinqton-Havana əlaqələrinin normallaşması üçün addım atmışdı.
Lakin seçkinin nəticələri açıqlanan kimi rəsmi Havana ordusu “xarici təhlükələrə qarşı hazırlıq” təlimlərinə start verib.
Kuba İnqilabi Silahlı Qüvvələrindən verilən açıqlamada 16-20 noyabr tarixlərində keçiriləcək təlimlərdə Daxili İşlər Nazirliyi və digər güc strukturlarının da qatılacağı deyilir. Kuba hökuməti təlimlərin Trampın prezident seçilməsi ilə əlaqəsinin olmadığını desə də, seçkidən dərhal sonra bu addımın atılması təlimlərin məhz Trampla bağlı olduğuna şübhə yeri qoymur.