“Taliban”ı məhv etmək iqtidarında deyilik” - Obama

““Taliban”ı məhv etmək iqtidarında deyilik” - Obama

ABŞ Əfqanıstanda “Taliban” hərəkatını məhv etmək iqtidarında deyil, amma bu ölkədə sülh yaratmaq üçün təhlükəsizlik qüvvələrinə kömək edə bilər.   

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Floridada terrorizmlə mübarizə ilə bağlı çıxışında söyləyib.

“Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalır. Orada müharibə 30 ildir davam edir. ABŞmüharibəni qurtarmaq üçün “Taliban”ı məhv etmək iqtidarında deyil. Amma biz “Əl-Qaidə”nin orada yaraqlılar üçün sığınacaq yaratmasına mane ola və əfqan təhlükəsizlik qüvvələrinə sülhün bərqərar olmasında kömək edə bilərik”,- deyə Obama bildirib.  

Obama vurğulayıb ki, hazırda Əfqanıstanda “ən azı 10 mindən amerikalı hərbçi” var. Onlar əfqan təhlükəsizlik qüvvələrinə dəstək göstərir.

Qeyd edək ki, bununla da Obama ABŞ prezidenti postunda milli təhlükəsizlik ilə bağlı son çıxışını edib. O, 20 yanvar 2017-ci ildə prezident postunu Donald Trampa təhvil verəcək.






Fikirlər