ABŞ VƏ ÇİN ARASINDA SOYUQ MÜHARİBƏ?! – Pekinin Trampa cavab tədbirləri nə ola bilər?

tramp-putin

Qloballaşma əleyhinə güclərin 2016-cı ildə həyata keçirdikləri geniş miqyaslı dəyişiklikər kontekstində (Brexit, Tramp, populuzmin vüsət alması) analitiklər belə qənaətə gəlirlər ki, biz yeni soyuq müharibəyə daxil oluruq.

“Soyuq müharibə 2”-nin iki əsas müstəvisi olacaq.

Birincisi - miqyasına və coğrafi əhatə dairəsinə görə Amerika- SSRİ qarşıdurması ilə müqayisəyə gəlməsə də, hər halda hər iki tərəf arasında keçmişdə baş verənlərin davamından başqa bir şey olmayan ABŞ-Rusiya çəkişməsidir. Lakin fərq ondadır ki, indi Vaşinqtonun antaqonisti kimi avtokratik Putin rejimi çıxış edir.
Onlar arasındakı mübahisə, hələ ki, öz təzahürünü bir-birlərini qarşılıqlı surətdə kiber casusluqda ittiham etməkdə tapır. Rusiyanın manevrlərindəki başlıca məqsəd Avropa Birliyini və NATO-nu zəiflətməkdən ibarətdir. Amerikanın qarşısında duran məsələ isə, Moskvanın geosiyası avantüralarından sonra ona qarşı sanksiyaların tətbiq olunmasıdır.
Ancaq soyuq müharibənin “yumşaldılmış” versiyası geosiyası sferadakı qarşıdurmaya nisbətən daha az ziyan verə bilər.

??????????

İkinci müstəvidəki başlıca rəqiblər isə ABŞ və Çindir. Belə bir ssenarinin bütün dünya üçün üverturası isə, yeni seçilmiş prezident Donald Trampın Tayvanın prezidenti Çay İnvenlə bu həftəki telefon danışığı olub. Həmin telefon danışığı Pekini ciddi şəkildə təlaşlandırıb. Axı on illiklər ərzində Çin “Vahid Çin” siyasəti aparır. Bu plana əsəsən Tayvan siyasi və ərazi baxımından Si Çzinpinin dövlətinə aid olmalıdır.

Ən maraqlısı isə, ABŞ və Çin arasındakı bu iqtisadi soyuq müharibədə təsir sferasının və ya müttəfiqlər dairəsinin, yəqin ki, Tramp üçün xüsusi əhəmiyyət kəsb etməməsidir. Onun partiyasının əksər üzvlərinin bu ürəyincə deyil.
2008-ci ildəki prezident seçkilərində Obamaya uduzmuş respublikaçı senator Con Makkeyn “The Financial Times” qəzetinə yazdığ məqaləsində bildirir ki, Trampın gələcək administrasiyasının böyük müqavilələrdən imtina etməsi ona gətirib çıxaracaq ki, dinamik inkişaf edən iqtisadi regionlar böyük ölçüdə Çinə tərəf yönəlməyə başlayacaqlar.
Çox güman ki, Tramp Çinə qarşı özünün iki istiqamətli strategiyasını işləyib hazırlayacaq. O, Asiya-Sakit okean regionuna daxil olan ölkələrlə ikitərəfli müqavilələrin bağlanması ilə əlaqədar danışıqlar aparmağa hazırdır. Bununla yanaşı Tramp Çinin ABŞ-a ixracını məhdudlaşdırmaq niyyətindədir. Burada söhbət böyük risk payının mümkünlüyündən gedir.

Bir tərəfdən Tramp 10-dan artıq ölkəylə ikitərfli müqavilə bağlayacağını söz verib. Son illər Trans Sakit okean əməkdaşlığı (TTP) müqaviləsinin detallı müzakirəsinə diplomatik səy, enerji və xeyli zaman sərf olunub.

Bu ölkələrdən bəziləri, məsələn, Yaponiya, Cənubi Koreya və Avstraliya, iqtisadiyyatda xüsusi çəkiyə malikdirlər. Bu isə ikitərəfli müqaviləyə göstəriləcək səylərin heçə getməsinə səbəb ola bilər. Əgər Trampın hökuməti uğursuzluğa düçar olacaqsa, onda deməli dörd il sonra onlar daha geniş coğrafi əhatə dairəsi ilə müqavilə imzalanması üçün yenidən danışıqlar masası arxasına qayıdacaqlar?

Başqa bir yandan, əgər ABŞ Çinə qarşı münasibətdə öz siyasətini sərtləşdirərsə, onda Pekin cavab tədbirlərini tətbiq etmək üçün heç də az olmayan üsullar tapa bilər. Çinlilər Amerikadan idxal etdiklər soya paxlasının alış həcmini azaldarlar. Belə ki, 2016–cı ildə ABŞ-ın bu sektordakı ixracı 10 milyard dolları keçməlidir. Və ya “Boeng” təyyarələrinin alınmasından imtina edə bilərlər. Bu təyyarələrin satışından ABŞ 2015-ci ildə 15 milyard dollar qazanmışdı. Həm də baş verənlər istehsalatda hədsiz məsrəfə səbəb olacaq ki, onda belə bir halda əksər Amerika şirkətləri özlərinin qlobal daşınma zəncirini yenidən qurmağa məcbur qalacaqlar. Bu isə dünyada ən çox transmilli şirkətlərə sahib olan ABŞ üçün böyük sarsıntı deməkdir.

ABŞ tərəfindən birtərəfli qaydada Çinə qarşı ticarət baryerlərinin tətbiqi, həmçinin onun özünün valyutasının selektiv devalvasiya olunmasına təsir göstərə bilər. Çünki özünün yerli mallarının ixracını daha rəqabətə davamlı etmək istəyir. Və ya ümumiyyətlə Çin ABŞ xəzinə istiqrazlarının bir hissəsini sata bilər. Bu gün ABŞ-ın Çinə 1,2 trilyon dollar borcu var. Bu Amerikanın bütün xarici dövlətlərə olan borcunun 30%-ni təşkil edir.

ABŞ və Çin (həm də ki, bütün dünya) tətbiq olunmuş “qorxutma gücünün tarazlaşdırılması” və onun geosiyasi versiyasından heç nə qazanmayacaq. Gəlin ümid edək ki, bu gün yüksək dərəcədə hiss edilən anlaşılmazlıq, ehtimal ki, böyük ölçüdə ticarət və investisiya sferasındakı münasibətlərlə məhdudlaşacaq.

(“Folha”)






Fikirlər