«İD» ilə barışıq olmayacaq! – Putinlə Ərdoğan razılığa gəldi

erdogan putin

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya və Türkiyənin Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamanı Suriyadakı barışığın «İslam dövləti» terrorçu qruplaşmaya şamil olunmaması barədə razılığa gəgiblər. Bu barədə Kremlin saytında xəbər verilir.

Dövlət başçıları telefon danışığı zamanı həm də Suriya hakimiyyəti və müxalifəti arasında atəşin dayandırılması barədə razılığa gəlinməsindən məmnunluq ifadə ediblər.

«Liderlər terrorçuluq əleyhinə mübarizə istiqamətində qarşılıqlı fəaliyyətin bundan sonra da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. O, cümlədən, qeyd olunub ki, əldə olunmuş barışıq terrorçu qruplaşmalara, ilk növbədə «İŞİD»-ə şamil edilməyəcək»-deyə, bəyanatla qeyd olunur.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə və Rusiya hakimiyyətləri Suriyada barışığın əldə olunması barədə plan hazırlayıblar. Plana əsasən, tərəflər dekabrın 29-dan başlayaraq, döyüş əməliyyatlarını dayandırmalıdırlar. Bunun ardınca razılaşmanın təfərrüatı da məlum oldu.






Fikirlər