Sultan Əbdülməcidin nəticəsi Nyu-Yorkda dəfn edilib
Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Əbdülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu-Yorkda dəfn edilib. ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər. 1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu-York kitabxanasında çalışıb. ABŞ-da "Mister Bəy" kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu. Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq. (“Trend”)