24.07.2014- Sionizmə üsyan edən yəhudi qızı - Rachel Corrie - VİDEO
11 il öncə Amerika vətəndaşı olan bu yəhudi qızının üstünə buldozer sürüb parçaladılar. Bu isə bir daha sionist rejimin maskasını yırtdı. Əslində, Amerika-İsrail cütlüyünün insan haqları, demokratiya kimi dəyərlərdən yalnız öz məqsədləri üçün yararlandığı üzə çıxdı.
ABŞ vətəndaşını İsraildə hər hansı müsəlman öldürsəydi, o zaman Vaşinqton bütün dünyaya demokratiya dərsi keçərdi. 11 il bundan əvvəl yenə də İsrail rejimi Qəzzada dinc əhaliyə divan tuturdu. Rachel Corrie Qəzzadakı günahsız insanların yanında olmağı Vaşinqtondakı sakit, rahat, təhlükəsiz həyatından üstün tutdu. Dini, dili, milliyəti Qəzzadakılardan tam fərqli idi. Nə idi onu bura, Qəzzaya- müharibəyə sürükləyən? Rachel Corrie isə deyirdi: “ Haqsızlıq olan yerdə dil, millət, din önəmli deyil. Haqsızlığa qarşı insanlıq ayağa qalxmalıdır”.
2003-cü il martın 23-də o, fələstinli ailənin üstünə sürülən buldozerin qabağına keçdi və sürücüyə maşını dayandırmağı xahiş etdi. Buldozeri onun üstünə sürdülər. Cəsarətli yəhudi qız yerindən bir addım da tərpənmədi. Buldozer onu əzib üstündən keçdi. İsrail Müdafiə Qüvvələrinə məxsus olan buldozer dayanmamaq, uçurmaq, öldürmək, dağıtmaq əmrini yerinə yetirdi. O öldürüldü, lakin bütün HAQQ döyüşçüləri kimi yaddaşlara, qəlblərə hopdu.
Onun bir kəlməsi isə İsrail rejimi, sionizmin üzünə çırpılan qapı idi: “Zülm bizdəndirsə, mən bizdən deyiləm”.
Abuzər AZƏROĞLU