Makkeyn Putini təhqir etdi - QULDUR

Respublikaçılar Partiyasının Arizona ştatından seçilmiş senatoru Con Makkeyn Rusiyaya tətbiq olunan sanksiyaların ləğvi barədə yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, 80 yaşlı siyasətçi yazılı açıqlamasında Prezident Donald Trampı Moskvaya qarşı təzyiqləri artırmağa çağırıb.

O, Trampın sanksiyaları ləğv edəcəyi halda, Konqresin hərəkətə keçəcəyi və yeni sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.

“Röyter”in məlumatına görə, Makkeyn Rusiya Prezidenti Vladimir Putini ABŞ-la müttəfiq olmağa çalışan “qatil və quldur” adlandırıb. Amerikalı siyasətçi İŞİD-lə mübarizədə heç vaxt Rusiya ilə birgə hərəkət etməyəcəklərini bildirib.

Trampa çağırış edən senator, “ABŞ-ın və müttəfiqlərinin milli təhlükəsizliyinə görə ümid edirəm ki, Prezident Tramp yayılan dedi-qodulara son qoyacaq”, - deyib.

Qeyd edək ki, bu gün Trampla Putin arasında telefon danışığının olacağı gözlənilir.






Fikirlər