ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton respublikaçı-senator Con Makkeyn ilə kimin daha çox araq içəcəyinə dair mərcləşdiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, siyasətçi kiminləsə mərcə gələrək spirtli içki içdiyi halların az olduğunu bildirib. "O ( Makkeyn - red.) mənə çağırış etdi. Bizim aramızda siaysi çəkişmə var idi, amma biz bir masa arxasına əyləşdik və araq içməyə başladıq və bunu hər ikitərəfli razılıq əsasında bitirdik."

Klintonun sözlərinə görə mərc "heç-heç" ilə bitib.
 


 


Hilari Klinton ABŞ Demokrat Partiyasının üzvüdür. 2001-2009-cu illərdə Nyu-York ştatından senator, 1993-2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-ın birinci xanımı olmuşdur. ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kompaniyasında ( "praymariz" ) iştirak edib və Barak Obamadan sonra ikinci nəticə əldə edib.


Hillary Klinton və Con Makkeyn

80 yaşlı Con Makkeyn Arizona ştatından senatordur, 2008-ci il ABŞ Prezident Seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb.