Əhali yenidən küçələrə çıxdı: hökumətin istefası tələb OLUNUR

Rumıniyada 400 min nəfərin iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilir.

 

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 250 minə yaxın iştirakı ilə ən irimiqyaslı aksiya paytaxt Buxarestdə davam edir.
Nümayişçilər baş nazirə inanmadiqlarını bildirir, hökumətin istefasını tələb edirlər. Bundan əvvəl Rumıniyanın baş naziri Sorin Qrindyanu istefaya getməyəcəyini bəyan edib.
Qeyd edək ki, Cinayət Məcəlləsinə düzəliş etmək və amnistiya haqqında qərarın qəbulundan sonra Rumıniyada son 25 ildə masştabına görə ən böyük kütləvi etiraz aksiyaları başlayıb. Rumınlar qərarından qəbulundan sonra korrupsiyaya uğramış siyasətçilərin və təhlükəli cinayətkarların azadlığa çıxacağından narahatdırlar.






Fikirlər