Partlayış: ABŞ əsgəri öldüyü anı çəkdi - FOTO
ABŞ-ın “Military Review” hərbi jurnalı Əfqanıstanın Laqman əyalətində minaatanın partlaması nəticəsində ölən hərbçilərin fotolarını yayıb. AzerTaym.az “Röyter”ə istinadən xəbər verir ki, fotolar uzun sürən müzakirələrdən sonra dərc olunub.Qeyd edək ki, 2013-cü il iyulun 2-də baş vermiş həmin partlayış zamanı 4 ABŞ əsgəri və fotolardan birinin müəllifi olan Hilda Kleyton həlak olub. Digər fotonun isə müəllifi əfqan fotomüxbir olub.