Bundesverin hərbi hissələrində nasist atributları! - Kazarmalar YOXLANACAQ…

7

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bundesverin 2 hərbi hissəsində nasist atributları aşkarlanandan sonra, müdafiə nazirliyi bütün kazarmaları yoxlamaq qərarına gəlib. Xəbəri «BBC» yayıb.

Bu olay alman ordusunda qatı sağçı ekstremizmin təzahürləri sırasından ilk qalmaqal deyil. Belə ki, aprelin sonunda bundesverin leytenantı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs olunub.

Almaniyanın müdafiə naziri ABŞ-a planlaşdırılmış səfərini təxirə salıb və Fransanın İlkirş bölgəsinə – həbs olunmuş leytenantın xidmət keçdiyi hissəyə gedib. Məlum olub ki, bu hərbi hissədə vermaxt dövrünə aid xatirə əşyaları ümumi otaqda açıq şəkildə saxlanır.

Almaniyanın cənub-qərbində yerləşən digər kazarmada isə nasist dövrünün baxışa çıxarılmış «kaska»ları aşkarlanıb.
Müdafiə nazirliyində bəyan ediblər ki, son olaylar artıq təsadüf çərçivəsindən kənara çıxıb.

 






Fikirlər