İki türk general almanlara SIGINDI

Mayın 15-də Türkiyə ordusunun 2 generalı Almaniyadan sığınacaq istəyib.

APA-nın verdiyi məlumata görə, generallar Frankfurt hava limanında sığınacaqla bağlı müraciət ediblər. Generalların FETÖ ilə əlaqəli olmaqda şübhəli olduqları bildirilib.

Müraciətin ilkin araşdırılmasından sonra onların Giessen bölgəsində müvəqqəti sığınacağa göndəriləcəyi gözlənilir.

Generalların adı açıqlanmır.

Qeyd edək ki, Türkiyə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəli xeyli sayda hərbçiyə Almaniyada sığınacaq verilməsinə sərt reaksiya göstərib. Bu günlərdə Türkiyə Almaniya parlamentinin üzvlərinin İncirlik hərbi hava bazasındakı alman əsgərlərə baş çəkməsinə icazə verməyib. Almaniya baş naziri Angela Merkel bununla əlaqədar alman əsgərlərin İordaniya və digər ölkələrdəki hərbi bazaralara yerləşdirilə biləcəyini bəyan edib.






Fikirlər