Dilənçinin bank hesabı hamını heyrətləndirdi (FOTOLAR)
Türkiyənin Bursa şəhərində məscidin qarşısında dilənən dilənçi polis tərəfindən tutulub və üzərindən böyük məbləğdə pul tapılıb. "Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, polis dilənçinin üzərindən 30 min türk lirəsi (13300 manat) pul tapıb və müsadirə edib. Bank hesabında 450 min türk lirəsi (215 min manat) olan dilənçi bildirib ki, pul onun pensiya maaşıdır. Polis Mehmet Cahid Öztələt adlı şəxsə 109 türk lirəsi cəza kəərək, onu azad edib. AzerTaym.az