Ramazan Abdullatipov məhkəməyə verildi

Ramazan Abdullatipov məhkəməyə verildi Dağıstanda məşhur vəkil Fatimə Abdullaevanın verdiyi açıqlamada bildirilir ki, Kizlər şəhər Konyak Zavodunun işçiləri şərəf və ləyaqətləri prezident Ramazan Abdulatipov tərəfindən təhqir olunduqları üçün, onu məhkəməyə veriblər.

Kizlər şəhər əhalisi də bu prosesdə zavod işçilərini müdafiə edir. Vəkil eksklüziv müsahibəsində bizə onu da bildirdi ki, Kizlər şəhər əhalisi və zavodun işçiləri bu məhkəmə davasında sona kimi mübarizə aparacaqlar. Onların əsas tələbi isə Dağıstan Dövlət Televiziyasında canlı yayımda üzr istəməyincə geri çəkilməyəcəklər.

Narazıların coğrafiyası genişlənir

Bu ilin yayında Abdulatipov qanunsuz şəkildə Kizlər Konyak Zavodunu özü tərəfindən formalaşdırılan “Tələtər Klanı”na daxil olan mafiozlara dəstək verməklə özəlləşdirməyə cəhd etmişdi. Bu zaman zavodun işçiləri və şəhər əhalisi ayağa qalxaraq, kütləvi şəkildə etiraz hərəkatını yaratmaqla, onun qanunsuz əməllərinin qarşısını ala bildilər. Ramazan Abdulatipov isə dövlət televiziyasında canlı yayımda Kizlər Konyak Zavodunun işçilərini “oğru və quldurdurlar” kimi təhqiramiz ifadələrlə aşağılamışdı. O, bu addımı ilə sanki özünün yenilməzliyini sübut etmək istəyirdi. Çünki, prezident olduğu ilyarım ərzində qarşısına çıxanı ya həbs etidirb, ya da onları güc stukturlarının vasitəsi ilə talan etmişdir. Sözdə rüşvətxorluğa və klanlara qarşı mübarizə apardığını elan etməklə əslində bölgəni idarəolunmaz bir duruma sürükləməkdədir. İndi Dağıstanda iqtisadi böhranın miqyası, işsizlik, məmur özbaşınalıqları daha da dərinləşmişdir. İşadamları və şirkətlər buraya yatırım qoymağı düşünmür. Ona görə ki, dərhal Abdulatipovun iradəsi və inzibati amirlik metodu ilə sayı-hesabı bilinməyən bürokratik idarələr buna mane olurlar.

Kumuk Türkləri onlara məxsus olan tarixi torpaqlarının avarlar tərəfindən zəbt olunması siyasətinə qarşı çıxıblar. Xüsusilə Karaman bölgəsindəki ərazilərin qeyri rəsmi şəkildə satışa çıxarılması kimi proseduru Abdulatipovun nəzarətindəki “Tələtər Klanı” həyata keçirilir. Noqay Türklərinin Noqay rayonunun qışlaq ərazilərin və tarlaların avarlara məxsus mafioz şəbəkələr tərəfindən mənimsənilməsi üçün cəhdlər edilmişdir. Etnik zəmində qarşıdurmalardan uzaq duran darginlər və çeçen-kistinlər də Abdulatipov və onun komandasından narazıdırlar. Kizlər şəhərində əhalinin çoxu Rus Kazaklarıdır. Buradakı Konyak Zavodunun mənimsənilməsi üçün Abdulatipovun cəhdlərinə və qanunsuz əməllərinə görə, Rus Kazaklar da antiabdulatipov koalisiyasına qoşulmağa məcbur olmuşlar. Yalnış hərəkətlərindən dərs götürmək əvəzinə, bu dəfə o, Azərbaycan Türklərini və Dərbənd şəhərini hədəfə almışdır.

Bizi Dərbənd rayon icra hakimiyyətinin başçısı Qurban Qurbanovu müdafiə etdiyimizə görə ironik şəkildə qınayanlara isə tək cavabımız budur ki, əslində onu deyil, Türkün bu qədim torpağında mövqelərinin itirilməsinə qarşı aparılan mücadiləni dəstəkləyirik. Yəni kimin vəzifədə olmasını deyil, Azərbaycan Türkünün mövqelərinin əlindən çıxmamasını şərt olaraq görürük. Bu vəzifə strateji bir sahədir. Əslində Dərbəndin icra başçısı olacaq şəxsi hər hansı bir klanın təmsilçisi kimi deyil, Azərbaycan Türklərinin lideri qismində tanımaq lazımdır.

Məhkəmənin ehtiyatlı davranışları
Ramazan Abdullatipov məhkəməyə verildi
Dağıstanda yazılmamış qanunlara görə, bölgə hakimiyyətinin başçısısı hər hansı bir qanunsuz addımı atırsa, məhkəmələr də gözlərini yumaraq ona “ləbbeyk” deyirlər. Kizlər Konyak Zavodunun işçilərinin prezident Ramazan Abdulatipovu məhkəməyə verməsi prosesi bir qədər gözlənilməz nəticələrə səbəb olmuşdur. Bu ilin may-avqust ayları ərzində Kizlər şəhərində əhalinin kütləvi etiraz dalğasından qorxan Abdulatipov dərhal səssizcə geri çəkilməyə məcbur olmuşdu. Başkənd İnciqalada (Maxaçqala) yerli müstəqil politoloqlar bizə bildirdilər ki, avarların daxilində də Ramazan Abdulatipovdan narazı olanlar vardır. İlk dəfədir ki, avar xalqının başını aşağı edən birisi hakimiyyətin ən yüksək zirvəsində yer tutub. Sadə camaat saçını və bığını qara rəngə boyamasına, orta təbəqə daha da pisləşən sosial-maddi duruma, imkanlı işadamları isə, Abdulatipovun hədsiz tamahgir və acgöz olduğuna görə onu sevmirlər.

Kizlər Konyak Zavodunun məhkəməsinə zavodun Moskvadakı filialının direktoru Marina Krivolapova mühüm sənədləri təqdim etmişdir. Qeyd olunur ki: “Zavod hər il dövlət büdcəsinə 2 milyard rubl vergi ödəyir. Hər il bu vergilərin sayəsində Dağıstanın əmlak nazirliyinin büdcəsinə 50 milyon vəsait daxil olur. Bölgədə heç bir istehsal müəssisəsi bu miqdarda dövlətə vergi ödəmir. Belə olduğu təqdirdə Abdulatipov hansı ağılla Kizlər Konyak Zavodunun rentabllelli olmaması bəhanəsi ilə onu öz yaxınlarının vasitəsilə özəlləşdirmətyə cəhd edir? Kizlər Konyak Zavodunun işçiləri məhz bu qanunsuz əmələ görə Abdulatipova etiraz edir”.

Vəkil Fatimə Abdullaevanın məhkəməyə təqdim etdiyi sənədlər təkzibedilməz faktlarla oldudur. Rəsmi dövlət qəzeti “Daqestanskaya Pravda” (adamın yadına Lenin düşür) qəzetinin 2014-cü il, 5 iyun sayında “Damladan şüarların yedizdirilməsi” məqaləsində Ramazan Abdulatipov Kizlər Konyak Zavodunun işçilərini “quldur”, “yaramaz” və “oğru” kimi qəbahətli sözlərlə təhqir etmişdir. Bundan əlavə “kavpolit” internet qəzetinin müxbirinə 28 may 2014-cü il tarixdə veridyi müsahibəsində onları “acgöz tarakanlar və siçovullar” kimi aşağılayıccı sözlərlə hədəfə almışdır. Zavodun işçilərindən Vladimir Novikov, Hacı Əliyev, Olqa Didenko, Svetlana Medyanik və digərləri rəsmi ərizə ilə onu məhkəməyə verməklə yanaşı, həmin sənədləri də əlavə etmişlər. Hakim Cəlal Cəlalov ilk öncə Abdulatipovun xeyrinə olan addımları atmaqla “həmin ifadələr ilk öncə linqvistik ekspertiziyaya təqdim edilməlidir” bürokratik əngəllər oyununu oynamağa çalışdı. İddiaçı tərəf və vəkil hakimə etiraz edərək onu dövlət dilini normal bilməməkdə suçladıqdan sonra, çətin duruma düşən Cəlilov ehtiyatlı davranış taktikasına keçməyə məcbur oldu. Abdulatipovu təmsil edənlər isə şikayətçiləri nəzərdə tutaraq belə bir fikir söyləmədiyini və daha doğrusu ümumi şəkildə zavodu nəzərə aldığını bildirmişlər. Belə bir yanaşma tərzi məhkəmədə ehtirasların alovlanmasına səbəb oldu.

“Rusiya Alkoqol Məhsullarının İdarə Edilməsi” idarəsinin məhkəməyə təqdim etdiyi sənədlər qarşısında aciz qalan hakim Cəlilov və Abdulatipovun nümayəndələri məcbur qalaraq, prosesin növbəti mərhələyə keçirilməsinə çalışdılar. Çünki, məhkəmə tərəfinin qanunsuz qərar çıxaracağı halda, Çeçenistan Respublikasında və Stavropol vilayətində yaşayan Tersk - Rus Kazak Birliyi də Kizlər şəhərində öz soydaşlarını müdafiə etmək üçün hərəkətə keçəcəkləri barədə qərar qəbul etmişlər. Bu isə Abdulatipova qarşı güclənməkdə olan koalisiyanın coğrafi hüdudlarının daha da genişlənməsi deməkdir.

Abdulatipovun fiaskosu
Ramazan Abdullatipov məhkəməyə verildi
Azərbaycan Türklərinə məxsus Dərbənd şəhər icra hakimiyyətinin başçısı Qurban Qurbanova qarşı Ramazan Abdulatipov tərəfindən hər hansı bir qanunun aliliyi prinsipi gözlənilməmiş və irəli sürülən iddiaların əsasının olmadığını mütəxəssislər də etiraf edirlər. Guya Dərbənd rayonu ərazisindəki mərkəzi hakimiyətin əmlakı olan 57 hektar ərazini Qurban Qurbanov qanunsuz olaraq, əhaliyə icarəyə vermişdir. Əgər bu barədə sənədlərə diqqət yetirilərsə, həmin ərazilərdən istifadə edən əhali dövlət büdcəsinə hər il onmilyonlarla vergi ödəyir. Onsuz da uzun illərdir istifadəsiz qalmış bu ərazilərlə bağlı nazirlər kabinetinin, əmlak nazirliyinin, eləcə də Rusiyanın müvafiq federal stukturlarının icazəsi olmadan kimsənin həmin torpaqlardan istifadə etmək hüququ yoxdur. Qanunla federal mülkiyyət hesab edilən ərazilər onun razılığı əsasında yerli idarəetmə stukturları tərəfindən istismar olunurlar.
Qurban Qurbanovun vəkilləri bu barədə İnciqalanın “Sovetski” (yenə də Lenin yada düşdü) rayon məhkəməsinə təqdim etdikləri sənədlərdə də məhz bütün bunlar qeyd edilmişdir. Digər yandan isə, Abdulatipov və onun üçüncü dəfə formalaşdırdığı hökumət öz qanunsuz əməllərini davam etdirməkdədir. Belə ki, Qurban Qurbanovla bağlı süni şəkildə açılmış məhkəmə davasının ucbatından rayonun hakimiyyət infrastukturları iflic durumuna düşüb. Onminlərlə hektar tarlalarda becərilən məhsulların müəssisələrə və aqrofirmalara təhvil verilməsi, bunun qarşılığında aparılan maliyyə əməliyyatlarına görə yaranmış böhranın ucbatından 42 kəndin əhalisi çıxılmazlıqla üzləşib. Azərbaycan Türklərindən beləcə Ramzan Abdulatipovun və onun himayədarı “Rusiya Azərbaycanlı Milyaderlər İttifaqı” tərəfindən intiqam alınır. Yaranmış problemlərdən isə sevinən tərəf ermənilər və onların yedəyində gedən “Güney Dağıstan” və ya “Ləzgistan” ideyasının tərəfdarlarıdırlar.
Dərbənd və onun ətrafında yaşayan Azərbaycan Türklərinin toplam sayı 200 min nəfər təşkil edir. Orada olduğumuz dönəmdə əhali öncələrdən fərqli olaraq, Abdulatipov hökumətinin apardığı antitürk siyasətinə qarşı dirənəcəklərini, minillərdir yaşadıqları bu qədim Türk şəhərini, onun torpaqlarını tərk etməyəcəklərini bildirdilər. Onlar çox haqlı olaraq belə bir iddianı sərgiləyirlər: “Ləzgilərə məxsus hər hansı bir bölgəyə başqa bir millətdən olan şəxsi icra başçısı qoymaq qeyri mümkündür. Eləcə də dargin, avar, rutul, axvax, qodoberi, ansalta, andi və digər toplumlarda da belədir. Azərbaycan Türklərinin yaşadığı ərazidə nədən başqalarının hakimiyyətin başında olmalıdır? Bizlər buna qarşı qətiyyətlə mübarizə aparacağıq. Çünki, burada əcdadlarımızın məzarları və ruhu bizləri hər hansı bir yalnış addımımıza görə, bağışlamaz”.

Bu gün Dağıstanın hər yerində Ramazan Abdulatipovun bir zamanlar Mixail Qorbaçova (keçmiş SSRİ-nin prezidenti), sonralar Ruslan Xasbulatova (Rusiya Dövlət Dumasının sədri), Boris Yeltsinə (Rusiya prezidenti) və digər dövlət başçılarına etdiyi xəyanətlər, hər dəfə hakimiyyət dəyişəndə öncəkiləri necə satması barəsində gerçəkilyi sübut edən yüzlərlə faktlar əhali arasında söylənilməkdədir. Buna görə də, nəinki adi insanlar, hətta siyasi elita belə, Abdulatipova etibar etmir. Bütün bunlar Daöıstanın adi həyat tərzinin gerçəkləridir. Abdulatipov isə, daim özünü əvəzsisz lider qismində təqdim və təlqin etmək, onunla barışmayanlardan intiqam almaq ehtirası ilə özünün siyasi olimpinin qürubundan enməkdədir.


Ənvər BÖRÜSOY,
Bakı-İnciqala-Dərbənd-Bakı







Fikirlər