Nazir Türkiyə vətəndaşlığından İMTİNA EDİR

203726_res_01

Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri Zuhal Demir Türkiyə vətəndaşlığından çıxmaq istəyir.“Habertürk”ün məlumatına görə, bununla bağlı Zuhal Demir açıqlamasında bildirib.

Nazir deyib: “Türkiyə mənim üçün ən yaxşı tətil ölkəsi olaraq qalacaq, lakin Türkiyə vətəndaşlığı mənim üçün artıq uyğun deyil”.
Qeyd edək ki, 1980-ci ildə Belçikada doğulan Zuhal Demir vəkil diplomuna sahibdir və irqçi “Flamand” partiyasının üzvüdür. 24 fevral 2017-ci il tarixindən bəri Belçika hökumətində bərabərlikdən məsul dövlət naziridir.






Fikirlər