Rakka İŞİD-dən azad OLUNDU
İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka şəhəri terrorçulardan tam azad olunub. Modern.az-ın məlumatına görə, bu haqda “Al Arabiya” xəbər yayıb. Məlumata görə, terrorçular Suriya Demokratik Qüvvələrinə (SDQ) təslim olublar. Qeyd edək ki, Rakkanın azad olunması əməliyyatı iyunun 6-sı başlayıb. SDQ-yə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya havadan dəstək verib.